“Qarabağ” 17 pillə irəlilədi


"Qarabağ" dünya reytinqində 17 pillə irəliləyib

AFN.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda öz əksini tapıb.

192,25 xalı olan Azərbaycan çempionu "Qarabağ" 82-ci sıradan 65-ci yerə qalxıb. "Sabah" 296-cı mövqedən 276-ya, "Zirə" 407-dən 387-yə, "Araz-Naxçıvan" 391-dən 390-a yüksəlib.

Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu