ABŞ-da polis öldürdüyü kor itin sahibinə 500 min dollar kompensasiya ödəyib
Missuri ştatının Sterdjeon şəhər hakimiyyəti kor və kar iti polis tərəfindən atəşə tutulan şəxsə 500 min dollar məbləğində təzminat verib.
AFN.az xəbər verir ki, bu barədə "The Washington Post" jurnalı həmin şəxsin vəkilinə istinadən məlumat verib.
Bildirilir ki, hadisə 2024-cü ilin may ayında baş verib. Beş yaşlı, kor və kar olan Teddi adlı it öz sahəsindən qaçaraq qonşu əraziyə daxil olub. Qonşu sahə sahibi polisi çağıraraq itin sahibinə qaytarılmasını xahiş edib. Polis iti tutmağa çalışsa da, daha sonra tapançanı çıxarıb iki dəfə atəş açıb. Sonradan polisin itin xəstə olduğunu və qanqıran xəstəliyi daşıya biləcəyini düşünərək atəş açdığı açıqlanıb. Şəhər administrasiyası polisin hərəkətlərini haqlı sayıb.
"The Washington Post" qeyd edir ki, şəhər meri əvvəlcə polisin tərəfində olsa da, sonradan gözlənilmədən istefa verib. Yeni mer isə hadisədə iştirak edən polisi işdən uzaqlaşdırıb. Polis və məmurlarla əlaqə yaratmaq mümkün olmayıb.
Heyvan hüquqları müdafiəçiləri polis kameralarının görüntülərinin itin heç bir təhlükə yaratmadığını göstərdiyini bildirir və ümid edirlər ki, Teddinin öldürülməsi kimi hadisələr ştat hakimiyyətini polis işçilərinin ev heyvanları ilə davranış qaydaları üzrə təlim keçməsini tələb edən qanun qəbul etməyə məcbur edəcək.



