Ukrayna Rusiyadan min əsgərin meyitini təhvil aldı
Ukrayna Müharibə Əsirinə Münasibət Koordinasiya Mərkəzi müharibədə həyatını itirən min Ukrayna əsgərinin meyitinin Rusiyadan təhvil aldığını bildirib.
Mərkəzin Telegram hesabında yayımlanan açıqlamada qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsində həlak olmuş min Ukrayna əsgərinin meyiti Ukraynaya təhvil verilib.
Həlak olmuş əsgərlərin şəxsiyyətinin müəyyən edilməsi üçün işlərin başlanacağı bildirilib: “Hüquq-mühafizə orqanları, Daxili İşlər Nazirliyinə bağlı mütəxssis qurumlarla birlikdə bütün zəruri araşdırmaları aparacaq və qaytarılmış meyitlərin şəxsiyyəti müəyyən ediləcək”.
Rusiya xəbər agentliyi Tass-a danışan anonim mənbə Ukraynaya min əsgərin meyitinin təhvil verildiyini qeyd edərək, “Ukrayna tərəfi də 30 Rusiya əsgərinin meyitini təhvil verib” ifadəsini işlədib.



