UEFA “Qarabağ”ın rəqibinə xəbərdarlıq etdi


UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan “Napoli”yə xəbərdarlıq edilib.

Bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

UEFA-nın xəbərdarlığının səbəbi Neapol təmsilçisinin 4-cü turun PSV ilə matçında (2:6) əxlaq davranışları qaydalarını pozmasıdır.

Baş məşqçi Antonio Kontenin qayda pozuntularına yol verdiyi bildirilib.

Qeyd edək ki, “Qarabağ”ın “Napoli” ilə oyunu noyabrın 26-sı İtaliyada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu