İran: MAQATE ilə danışıqlar üçün vasitəçiyə ehtiyac yoxdur
İran beynəlxalq nüvə agentliyi ilə əlaqələrini vasitəçi olmadan özü qurur və bunun üçün əlavə kanallara ehtiyac duymur.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai həftəlik brifinqdə bildirib.
Onun sözlərinə görə, Tehran MAQATE ilə, həmçinin Vyanadakı daimi nümayəndəliyi vasitəsilə birbaşa əməkdaşlıq edir. Bəqai vurğulayıb ki, Agentlik və İdarə Heyətinə üzv ölkələr ABŞ-ı, İsraili və İranın dinc nüvə obyektlərinə hücumu dəstəkləyən digər tərəfləri məsuliyyətə cəlb etməlidir: “İranın əməkdaşlıq etmədiyi barədə davamlı şikayətlənmək əvəzinə, hücuma dəstək verən ölkələr cavab verilməlidir”.
Xatırladaq ki, 9 sentyabrda İran və MAQATE Misirdə, iyunda İsrail və ABŞ-ın hücumlarından sonra dayandırılan əməkdaşlığın bərpası barədə razılığa gəlib. Lakin 20 noyabrda MAQATE-nin daha bir anti-iran qətnaməsi qəbul etməsinə cavab olaraq Tehran Qahirədə imzalanmış əməkdaşlıq sazişinin dayandırıldığını Agentliyə rəsmi şəkildə bildirib.
