KİV: ABŞ Ukrayna üzrə planı 28 bənddən 19-a endirib


ABŞ-ın Ukrayna münaqişəsinin həlli ilə bağlı planı Cenevrədə keçirilən danışıqlardan sonra 28 bənddən 19-a qədər azaldılıb. Bununla belə, Vaşinqton sənədin əsas versiyası kimi hələ də ilkin amerikan layihəsini qəbul edir.

AFN.az xəbər verir ki, bu barədə "The Washington Post" yazıb. Mənbələrin qəzetə bildirdiyinə görə, ABŞ və Ukrayna nümayəndələrinin görüşündən sonra sənəd bazar ertəsinə qədər 28-dən 19 bəndə qədər ixtisar olunub.

Hələlik yekun variant razılaşdırılmayıb, lakin tərəflər baza olaraq amerikan planını saxlayır, həftəsonu yayılan ayrıca Avropa layihəsi isə ikinci planda qalır.

Məlumata görə, ABŞ Avropa müttəfiqlərinin təkliflərini faydalı saysa da, Vaşinqton hesab edir ki, növbəti danışıqlar ilkin ABŞ planı əsasında aparılmalıdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu