ABŞ-ın Ukraynadakı münaqişəni həll etmək üçün konkret planı yoxdur - KİV


Trampın administrasiyası Ukrayna münaqişəsinin həlli üçün müxtəlif variantları öyrənir, lakin hələlik dəqiq plan yoxdur.


AFN.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı avropalı rəsmiyə istinadən məlumat yayıb.

Bildirilir ki, Vaşinqtonun konkret fəaliyyət planı yoxdur və Amerika hakimiyyəti müttəfiqlərinin təkliflərini öyrənir, onların narahatlığını dinləyir. "Tramp, Zelenski və Putin arasında danışıqlar çətin olacaq. Bütün variantlar nəzərdən keçirilir. Sanksiyaları sərtləşdirmək üçün hələ çox imkanlar var", - deyə "Fox News"un mənbəsi bildirib.

Tramp bundan əvvəl “Fox News” telekanalına müsahibəsində Ukrayna böhranının həllində mühüm irəliləyişin əldə edildiyini demişdi. O, münaqişənin hər iki tərəfini danışıqlara cəlb edə biləcəyini təklif edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu