Borrell: ABŞ-ı Tramp dövründə artıq Aİ tərəfdaşı saymaq olmaz
Donald Tramp dövründə ABŞ artıq Avropa İttifaqının (Aİ) tərəfdaşı hesab edilə bilməz.
AFN.az xəbər verir ki, bunu Avropa İttifaqının sabiq xarici siyasət rəhbəri Cozef Borrell özünün X sosial şəbəkə hesabında yazıb.
"Ukraynada müharibənin dayandırılması üzrə 28 maddəlik plan ortaya çıxdıqdan sonra Trampın rəhbərlik etdiyi ABŞ-ı Avropanın tərəfdaşı saymaq mümkün deyil. Aİ-nin təhlükəsizliyinə birbaşa təsir edən məsələlərdə belə, Avropaya məsləhət edilmir. Avropa ABŞ-ın bu siyasət dönüşünü qəbul etməli və uyğun reaksiyanı verməlidir”, – deyə Borrell bildirib.
Qeyd olunur ki, ABŞ administrasiyası Ukrayna üzrə sülh planını hazırladığını açıqlayıb, lakin detalları hələ müzakirə etməyəcək, çünki iş prosesi davam edir.

