Borrell: Trampın qayıdışından sonra AB-nin böyüməsi vacibdir


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə qayıtması Avropanı böyüməyə məcbur etməlidir.



Bu sözləri Avropa İttifaqının (Aİ) Ali Nümayəndəsi kimi 5 illik xidmətini başa vurmuş Cozep Borrell deyib.

Borrell "La Razon"a müsahibəsində "Trampın qayıdışı Avropanı birdəfəlik böyüməyə məcbur etməlidir" deyə vurğulayıb və bildirib ki, Trampla Avropa birgə hərəkət etməli və bölünməyə imkan verməməlidir. O qeyd edib ki, ABŞ-ın yeni seçilmiş prezidentinin “Birinci Amerika” yanaşması Avropa dünyasına ziyan vurur.

Borrell Trampın idxal rüsumlarını artıracağına söz verdiyini və bunun Avropa ölkələrinə zərər vuracağını da xatırladıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu