DSX-nin əsgəri özünü güllələdi - İttiham edilən komandir sərbəst buraxıldı
Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynovun özünü güllələyərək həyatına qəsd etdiyi bildirilib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə ilə bağlı qeyd olunur ki, əsgər hərbi xidmət zamanı komandiri olmuş kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qalıb və bu səbəbdən noyabrın 15-də intihar edib.
Faktla bağlı Hərbi Prokurorluqda aparılan istintaq çərçivəsində kapitan Mahmud Səfəralıyev saxlanılaraq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunub. 27.11.2025-ci il tarixində barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Cəlilabad Hərbi Məhkəməsinə müraciət edilib.
Lakin Cəlilabad Hərbi Məhkəməsi müxtəlif vaxtlarda əsgərlərə qarşı qanunsuzluqlara yol verdiyi və buna görə Dövlət Sərhəd Xidməti tərəfindən vəzifədən azad olunduğu bildirilən kapitan Mahmud Səfəralıyevin azadlığa buraxılması barədə qərar verib.
Qeyd olunub ki, Hərbi Prokurorluq həmin qərardan apellyasiya şikayəti verib və işə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.


