Ağcabədidə açıq fotoları yayılan 9-cu sinif şagirdi özünə qıydı - FOTO
Ağcabədidə 9-cu sinif şagirdi olan qız fotoları yayıldığı üçün intihar edib.
AFN.az xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb. Daha doğrusu, o özünün sosial şəbəkə hesabında özünə yazılan mesajı paylaşıb. Mesajda qeyd edilir ki, hadisə 4 gün əvvəl baş verib. Səbəb kimi isə qızın keçən il açıq şəkillərinin yayılması olub. Adının gizli qalmasını xahiş edən şəxs K.Ağazadəyə ünvanladığı mesajda onu da vurğulayıb ki, həmin vaxt qızın valideynləri məktəbə çağırılıb, onlarla söhbət aparılıb.
"Bu il qız dərslərinə ciddi yanaşırdı, yaxşı oxuyurdu. Birinci gün məktəbə gəlmədi. Anası təzə əməliyyat olunduğu üçün icazə almışdı. İkinci gün də gəlmədi. Günorta öyrəndik ki, ana ilə ata xəstəxanaya gedib, qız da evdə tək qalan müddətdə özünü asıb. Onsuz da o körpənin həyatı məhv oldu. Mənim arzum budur ki, onun şəkillərini yayıb o yola sürükləyənlər cəzalansınlar" - deyə mesaj müəllifi qeyd edib.



