ABŞ 19 ölkədən gələn Green Card sahiblərini yenidən araşdıracaq


ABŞ Prezidenti Donald Tramp administrasiyası 19 ölkədən ABŞ-a köçərək Green Card alan şəxslərin işlərinin yenidən nəzərdən keçiriləcəyini açıqlayıb.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin direktoru Cozef Edlou Prezident Trampın tapşırığı ilə risk yaradan ölkələrdən gələn hər bir əcnəbinin Green Card dosyesinin hərtərəfli və ciddi şəkildə yenidən qiymətləndiriləcəyini bildirib.

BBC-nin həmin ölkələrin hansıları olduğu ilə bağlı sualına cavab olaraq qurum iyunda Ağ Ev tərəfindən dərc edilən və Əfqanıstan, Kuba, Haiti, İran, Somali və Venesuelanın da yer aldığı bəyanata istinad edib.

Açıqlama çərşənbə günü Vaşinqtonda bir əfqan vətəndaşının iki Milli Qvardiya əsgərinə atəş açaraq ağır yaraladığı hücumun ardından gəlib. Şübhəli Rahmanullah Lakanvalın ABŞ-ın Əfqanıstandan çıxmasından sonra xüsusi immiqrasiya qoruma proqramı çərçivəsində 2021-ci ildə ölkəyə gəldiyi bildirilib.

Prezident Donald Tramp hücumun milli təhlükəsizlik təhdidini açıq şəkildə göstərdiyini deyib.

Green Card yoxlamasının necə aparılacağına dair detallar barədə məlumat verilməyib.

Qeyd edək ki, yenidən araşdırılacaq digər ölkələr arasında Birma, Çad, Konqo Respublikası və Liviya da var.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu