Yaponiyada ayı yaşlı kişiyə xəsarət yetirdi
Yaponiyanın Gunma prefekturasında 69 yaşlı bir kişi ictimai tualetdən çıxarkən ayının hücumuna məruz qalaraq ayağından xəsarət alıb.
Dövlət televiziyası NHK-nın xəbərinə görə, Yaponiyanın yaşayış ərazilərində bu cür hallar davam edir.
Paytaxt Tokionun şimalında yerləşən Gunma prefekturasının Numata şəhərində 69 yaşlı kişi qatar stansiyasının yaxınlığındakı ictimai tualetdən çıxarkən ayının hücumuna məruz qalıb.
Kişi ayı ilə mübarizə apararaq yüksək səslər çıxarmaqla onu uzaqlaşdırmağı bacarıb və yüngül şəkildə sağ ayağından yaralanıb.
Hücum baş verən əraziyə patrul keçirən polis əməkdaşları sakinlərə məcbur olmadıqca çölə çıxmamağı tövsiyə ediblər.
Xatırladaq ki, Numata şəhərində 8 oktyabrda marketə girən ayının hücumunda 2 nəfər xəsarət almışdı.



