Taylandda baş verən daşqında ölənlərin sayı 145-ə çatıb


Taylandın cənub bölgələrində güclü yağışların səbəb olduğu daşqın nəticəsində həyatını itirənlərin sayı 145-ə yüksəlib.

Tayland hökumətinin sözçüsü Siripong Angkasakulkiat mətbuata açıqlamasında ölkənin cənubunda baş verən daşqınlarla bağlı son məlumatları paylaşıb.

Ölkənin 8 vilayətində 145 nəfərin həyatını itirdiyini bildirən Angkasakulkiat ölənlərin 100-dən çoxunun Songkhla vilayətində olduğunu qeyd edib.

Sözçü həmçinin daşqın sularının geri çəkilməyə davam etdiyini və axtarış-xilasetmə qruplarının daha çox bölgəyə çatdığını bildirib.

Tayland Fəlakətlə Mübarizə və İdarəetmə İdarəsi cənubdakı 12 vilayətdə təxminən 1,2 milyon ev və 3,6 milyon insanın daşqınlardan təsirləndiyini açıqlayıb.

Tayland Baş naziri Anutin Charnvirakul ölkənin cənubunu vurmuş daşqın fəlakəti ilə bağlı tədbirlərin davam etdiyini bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu