30 noyabra olan hava proqnozu açıqlanıb


Noyabrın 30-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12°, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarda çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacağı, şərq küləyinin əsəcəyi bildirilir.

Havanın temperaturu gecə 4-9°, gündüz 13-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu