Ayxan Abbasovla Saşa İliç arasında dava: Hər ikisinə qırmızı verildi - VİDEO


Azərbaycan Premyer Liqasının 13-cü turunda keçirilən “Şamaxı” - “Sumqayıt” matçının sonlarında ara qarışıb.

AFN.az xəbər verir ki, qonaqların bərabərlik qolundan sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç meydan sahiblərinin məşqçilər korpusuna tərəf qaçaraq qeyri - etik jest edib.

Buna etiraz edən Ayxan Abbasov isə onun üstünə hücum çəkib.

Oyunun baş hakimi Tural Qurbanov hər iki mütəxəssisə qırmızı vərəqə göstərib, meydan qovub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu