Ertem Şener “Qarabağ”ın oyunu üçün İTV-yə müraciət etməyib - AÇIQLAMA
Ertem Şener özü də sosial şəbəkə hesabında bildirib ki, şəxsən matçı şərh etmək üçün müraciət etməyib.
“Ortaq yayım üçün müraciət olundu, lakin onlar razılaşmadılar” - deyə şərhçi qeyd edib.
***
Ertem Şenerin “Napoli”-“Qarabağ” oyununu şərh etməsi ilə bağlı İctimai Televiziyaya (İTV) hər hansı müraciət olunması barədə məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə TVNET platforması məlumat yayıb.
Bildirilib ki, belə bir müraciət olmadığı üçün İTV tərəfindən guya mənfi cavab verilməsi ilə bağlı yayılan xəbərlər də tamamilə yanlışdır.
“Bu mövzuda nə SPORT TV, nə də Ertem Şener tərəfindən İTV-yə müraciət olunub. Bir müddət əvvəldən şərhçinin məhz hansı oyunları televiziyamızda şərh edəcəyi ilə bağlı məlumatlar paylaşılırdı.
Bəzi sosial media səhifələrinin heç bir lüzum olmadığı halda belə bir ajiotaj yaratmağa cəhd etməsi və İTV-nin adını hallanması təəssüf doğurur”, – deyə açıqlamada qeyd olunur.
Xatırladaq ki, bundan öncə “Sportal.az” portalı Ertem Şenerin sözügedən matçı şərh etməsi ilə bağlı İTV-yə müraciət etdiyini, telekanalın isə bu təkliflə razılaşmadığını bildirmişdi.



