3 nəfərin öldüyü bina yanğından sonra təmir olunur - VİDEO
Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən yanğının baş verdiyi yaşayış binasında təmir işlərinə başlanılıb.
Bu barədə sözügedən binanın sakini, yanğından zərər çəkən jurnalist Heydər Mirzə paylaşım edib.
Qeyd edək ki, Heydər Mirzə hadisə zamanı dostu ilə birlikdə 12-ci mərtəbəyə çıxaraq yanğından xilas ola bilib.
Noyabrın 21-də baş verən yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı vəfat edib.

