Yunanıstanda fermerlər Afina–Saloniki yolunu bağladı


Yunanıstanda fermerlər traktorlarla keçirdikləri aksiya nəticəsində Afina–Saloniki yolunu nəqliyyat üçün bağlayıblar.

Yunanıstan Xəbər Agentliyi (AMNA) xəbər verir ki, fermerlər Afina ilə Saloniki arasındakı avtomagistralda traktorlarla yol bağlama aksiyası təşkil ediblər.

Aksiya səbəbindən şəhərlərarası nəqliyyatda ləngimələr yaşanıb.

Fermerlər dövlət subsidiyalarındakı korrupsiya qalmaqalı ilə bağlı aparılan istintaq səbəbindən gecikən ödənişlərin verilməsini və istehsal xərclərini azaldacaq hüquqi tənzimləmələrin həyata keçirilməsini tələb ediblər.

Gömrük-keçid məntəqələrinə və hava limanlarına gedən yolların bağlanması ehtimalını da nəzərdən keçirən fermerlər həftə ərzində keçiriləcək müzakirələrdə aksiyanı digər bölgələrə yaymaq planını dəyərləndirəcəklər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu