Takaiçinin “İşləyəcəyimə söz verirəm” ifadəsi ilin ən populyarı seçilib


Yaponiya Baş naziri Takaiçi Sanaenin oktyabrda seçilməsindən sonra qalibiyyət çıxışında ardıcıl 5 dəfə təkrar etdiyi “İşləyəcəyimə söz verirəm” ifadəsi ölkədə keçirilən yarışmada ilin ən populyarı olub.

Asahi qəzetinin xəbərinə görə, T&D Hoken Groups ölkə üzrə “2025-ci ilin Yeni və Moda İfadələri” yarışmasını təşkil edib.

Yarışmanın nəticələrinə görə, Takaiçinin oktyabrda seçildikdən sonra qalibiyyət çıxışında ardıcıl 5 dəfə təkrar etdiyi “İşləyəcəyimə söz verirəm”“Qadın baş nazir” ifadələri 2025-ci ilin ən populyarları seçilib.

Mükafatlandırma mərasimində çıxış edən Takaiçi ifadənin həm müsbət, həm də mənfi reaksiyalar aldığını vurğulayaraq, ölkənin iş və həyat balansında mühüm bir dövrdən keçdiyini bildirib.

Çox çalışmaq və ölkəyə töhfə vermək istədiyini qeyd edən Takaiçi “Əminliklə demək istəyirəm ki, məqsədim çox sayda vətəndaşı həddindən artıq işləməyə təşviq etmək deyildi. Çıxışımda uzun iş saatlarını bir dəyər kimi təqdim etmək niyyətində deyildim, xahiş edirəm, bunu səhv anlamayın” deyib.

Takaiçi həmçinin güclü iqtisadiyyat, təhlükəsizlik və diplomatiya ilə davamlı gəlir mənbələri yaratmaqla xalqın ümid edə biləcəyi gələcək üçün əlindən gələn hər şeyi edəcəyini bildirib.

Populyar ifadələr arasında “Trampın gömrük tarifləri”, ehtiyatlanmış düyünü ifadə edən “kokokomai” və Osaka Expo 2025 maskotu “Myakumyaku” da yer alıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu