Ayaq ağrısı şikayəti ilə getdiyi xəstəxanada ürəyi çıxarıldı
İngiltərədən Cənubi Kiprə tətilə gedən ingilis turistin öldüyü açıqlanıb. Turistin cənazəsi vətəninə gətirildikdən sonra onun ürəyinin yerində olmadığı məlum olub.
İngilis cütlük İvon Qreyl və Maykl Qreylin Cənubi Kipr tətili gözlənilməz bir sonla başa çatıb.
76 yaşlı Maykl Qreyl ayağındakı əzələ ağrıları səbəbindən Paralimnidəki xəstəxanaya aparılıb. Lakin xəstəxanaya getməsindən 10 dəqiqə sonra həyat yoldaşı 73 yaşlı İvon Qreylə ölüm xəbəri verilib.
Mançesterdə yaşayan İvon bildirib ki, həkim otaqdan çıxıb və Mayklın öldüyünü deyib. İvon qeyd edib ki, ona patoloq tərəfindən məzmunlu obduksiya aparıldığı da söylənib.
Lakin yaşlı kişinin cənazəsi İngiltərəyə gətirildikdə, məsul şəxslər ölüm sənədində ölüm səbəbinin qeyd olunmadığını görüb. Bunun üzərinə Roçdeyl Məhkəmə-Tibbi Ekspertiza Mərkəzi Mayklın üzərində ikinci bir obduksiya aparılmalı olduğunu bildirib.
Obduksiya zamanı Mayklın ürəyinin çıxarıldığı və buna görə də ölüm səbəbinin müəyyən edilə bilmədiyi məlum olub.
Cütlüyün 47 yaşlı qızı Heyli “Çox qəzəbliyik və cavablara ehtiyacımız var” deyib.
Cənubi Kipr polisindən verilən məlumatda isə ürəyin çıxarıldığı və araşdırma mərkəzinə göndərildiyi təsdiqlənib.
Roçdeyldə Məhkəmə-Tibbi Ekspertiza Mərkəzi isə araşdırmanın davam etdiyini açıqlayıb.




