Avstraliyalı nazir: Sosial media qadağasını örnək almaq üçün bizimlə əlaqə quran liderlər var


Avstraliyanın rabitə naziri Anika Vils 10 dekabrda qüvvəyə minəcək və 16 yaşdan kiçiklərin sosial şəbəkələrə girişini məhdudlaşdıran yeni qaydaların dünyanın bir çox ölkəsi üçün nümunəyə çevrildiyini, bu siyasəti örnək almaq üçün onlarla əlaqə quran liderlərin olduğunu deyib.

Rabitə naziri BBC-yə müsahibəsində bu ay qüvvəyə minəcək yeni sosial media tənzimləmələri barədə danışıb.

Sosial media qadağasına qarşı çıxan texnologiya şirkətlərindən çəkinmədiyini bildirən nazir "Biz platformaların yox, valideynlərin yanındayıq." deyə qeyd edib.

Vils vurğulayıb ki, onlayn mühitdə övladları zərər görən valideynlərlə keçirdiyi görüşlər ona böyük güc verib: "Böyük texnologiya şirkətlərindən qorxmuram, çünki gördüyümüz işin mənəvi zərurətini anlayıram".

Nazir sözlərinə əlavə edib ki, tətbiq olunan bu siyasət hazırda dünya üzrə bir çox ölkənin marağına səbəb olub və həmin ölkələrin liderləri Avstraliya ilə məsləhətləşmək üçün təmas qurublar.

Vils sosial medianı qadağan edən ilk ölkə olmaqdan qürur duyduqlarını deyərək, Ağ Ev və ABŞ Konqresinin də proseslə bağlı fikir bildirmək və Avstraliyanın addımlarını araşdırmaq hüququ olduğunu, lakin bunun öz işlərinə təsir etməyəcəyini vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu