9 yapon şirkəti Tramp administrasiyasını məhkəməyə verdi


Yaponiya mənşəli doqquz şirkətin ABŞ-dakı törəmə müəssisələri bu il ödədikləri əlavə gömrük rüsumlarının tam geri qaytarılmasını tələb edərək ABŞ hökumətinə qarşı məhkəmə iddiası qaldırıb.

Kyodo agentliyinin xəbərinə görə, Nyu-Yorkda ABŞ Beynəlxalq Ticarət Məhkəməsində açılan iddialarda şirkətlər ABŞ Prezidenti Donald Tramp administrasiyasının Konqresin təsdiqi olmadan tətbiq etdiyi tariflərin qanunsuz olduğunu bildirib.

Toyota Motor qrupundan Toyota Tsusho və Sumitomo Chemical, eləcə də Ricoh, Yokohama Rubber və Ushio kimi Yapon şirkətlərinin ABŞ-dakı törəmə müəssisələri Ali Məhkəmə tarifləri ləğv etsə belə idxalçılara avtomatik geri ödəmə təmin edilməyəcəyini bildirərək hüquqi addım atıb.

Şirkətlərin bu il ödədikləri əlavə gömrük rüsumlarının tam geri qaytarılması tələbi ilə açdıqları məhkəmə iddiaları Ali Məhkəmənin sözügedən tarifləri qanunsuz hesab etməsi halında qüvvəyə minəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu