Tramp: ABŞ-ın tarifləri olmasa, dünya böhrana düşər


ABŞ Prezidenti Donald Tramp gömrük tarifələrinin ləğv edilməsinin ölkəsi üçün dağıdıcı nəticələrə gətirəcəyini, belə bir vəziyyətdə isə bütün dünyanın böhrana sürüklənəcəyini iddia edib.

Tramp bu fikirləri Fox News telekanalına verdiyi müsahibədə, ABŞ Ali Məhkəməsində baxılan tariflərə dair işlə bağlı şərh edərkən səsləndirib.

Prezident məhkəmə prosesinin yaxşı keçdiyini eşitdiyini bildirərək, onu “ABŞ tarixindəki ən mühüm işlərdən biri” kimi qiymətləndirib.

Tramp gömrük rüsumları ilə bağlı, “Əgər bu işi uduzsaq, ölkəmiz üçün dağıdıcı olar” – deyə qeyd edib.

Tarifələri müdafiə edən Tramp nümunə olaraq Çini göstərib: “Məsələn, Prezident Si bizi nadir torpaq elementləri ilə vurdu, mən isə 100 faiz tarif ilə cavab verdim. 10 dəqiqə içində zəng etdilər və razılaşma əldə etdik” – deyib.

O, gömrük rüsumlarının olmaması halında təkcə ABŞ-ın deyil, bütün dünyanın böhranla üzləşəcəyini irəli sürüb: “Bu, yalnız bizə qarşı deyil, bütün dünyaya yönəlmiş bir təhdid idi. Mən bunu dünya üçün etdim” – deyə vurğulayıb.

Tramp həmçinin Çin lideri Si Cinpin və digər ölkələrin rəhbərləri ilə uğurlu danışıqlar apardığını, bu görüşlərin gömrük tarifləri olmadan mümkün olmayacağını bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu