Tramp: ABŞ və Çin ticarət müharibəsindədir


ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı ABŞ-la Çin arasında artan ticarət gərginliyinə və gömrük rüsumlarına dair açıqlama verib.

Tramp yaxın həftələrdə Çin lideri Si Cinpinqlə keçirəcəyi görüşdə razılıq əldə olunmazsa, uzunmüddətli ticarət müharibəsi ehtimalı ilə bağlı suala cavabında “Biz artıq bu müharibənin içindəyik. Əgər gömrük rüsumlarımız olmasaydı, müdafiəmiz də olmazdı” deyib.

O, gömrük rüsumlarını ABŞ-ın milli müdafiə və təhlükəsizliyi üçün mühüm vasitə adlandıraraq qeyd edib ki, ondan əvvəlki administrasiyalar bu alətdən istifadə etməyə ehtiyac duymayıb.

Trampın sözlərinə görə, gömrük rüsumları təkcə trilyonlarla dollar gəlir gətirmir, həm də sülhün qorunmasına xidmət edir.

Tramp əlavə edib ki, bir çox insan gömrük siyasətinin mahiyyətini anlamır.

Prezident digər ölkələrin ABŞ-a rüsum tətbiq etməsinə icazə verildiyini, lakin ABŞ-ın eyni addımı atmasına mane olunduğunu bildirərək, bunun Amerika üçün fəlakət olacağını vurğulayıb.

Tramp tariflərlə bağlı Ali Məhkəmədəki prosesi şəxsən izləməyi düşündüyünü də qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu