Xorvatiyada “Müsəlman miqrant məni vurdu” deyən rahibənin özünü yaraladığı ortaya çıxdı


Xorvatiyanın paytaxtı Zaqrebdə 28 noyabrda yaralanan rahibə Marija Zrnonun "müsəlman bir miqrant Allahu Əkbər deyərək hücum etdi" iddiası polis tərəfindən təkzib edilib və qadının özünü yaraladığı müəyyənləşib.

Zaqreb Polis İdarəsinin açıqlamasına görə, hadisə günü bir neçə şəxs ilə görüşərək genişmiqyaslı araşdırma aparan polis əməkdaşları rahibənin özünü yaraladığı qənaətinə gəlib.

Rahibə Zrno 1 dekabrda xəstəxanadan buraxıldıqdan sonra polis bölməsinə gedərək tanımadığı bir şəxs tərəfindən bıçaqlandığını bildirib və şikayət ərizəsi verib.

Lakin araşdırmanın sonrakı mərhələlərində əldə olunan faktlar 35 yaşlı qadının verdiyi məlumatların həqiqəti əks etdirmədiyini ortaya qoyub. Polis yeni dəlillərə əsaslanaraq, qadının hadisəni uydurduğunu və bıçağı Zaqrebdəki bir mağazadan aldıqdan sonra özünü yaraladığını müəyyən edib.

Buna görə, Polis İdarəsi qadına qarşı "cinayət uydurması" ittihamı ilə prokurorluğa müraciət edəcəyini açıqlayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu