Rektor Elçin Babayev BDU-da təhsil alan xarici tələbələrin bir qrupu ilə görüşüb


Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində BDU-da təhsil alan tələbələrlə görüş keçirib.

AFN.az xəbər verir ki, rektor görüş zamanı xarici tələbələrin universitet ailəsinin ayrılmaz bir hissəsi olduğunu bildirib. O, xarici tələbələrin təhsil və sosial məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Rektor qeyd edib ki, tələbələrin gələcək fəaliyyətlərində BDU-da qazandıqları biliklər mühüm rol oynayacaq. O, onların təhsil və yaşayış şəraiti, eləcə də ölkə haqqında təəssüratları ilə maraqlanıb, fikir və təkliflərini dinləyib.

Elçin Babayev tələbələrə yalnız tədris prosesində deyil, həm də BDU-nun sosial və ictimai həyatında aktiv iştirak etməyi tövsiyə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu