Quduzlu böyrək transplantasiyası edilən xəstə öldü


ABŞ-ın Ohio ştatındakı 2025-ci ilin yanvarında bir xəstəxanada böyrək transplantasiyası edilən xəstə əməliyyatdan bir neçə həftə sonra quduz səbəbindən ölüb. Xəstənin bu xəstəliklə əlaqəli hər hansı bir heyvanla təması olmaması, hadisəni tibbi baxımdan sirli edib.

Xəstəliyin mənbəyini araşdıran ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölümün səbəbinin transplantasiya edilmiş böyrəkdə quduz virusunun olduğunu müəyyən edib. Bu hadisə 1978-ci ildən bəri ABŞ-da quduzun orqan transplantasiyası yolu ilə keçdiyi dördüncü hal kimi qeydə alınıb.

CDC bildirib ki, bu hal heyvan təması olan donorlarda transplantasiya komandaları üçün daha güclü göstərişlərin lazım olduğunu göstərir.

Quduz adətən yoluxmuş heyvanın tüpürcükləri vasitəsilə, əsasən dişləmə və ya cırılma nəticəsində keçən ölümcül virus xəstəliyi kimi tanınır.

İnsanlar da daxil olmaqla bütün məməliləri yoluxdura bilən bu xəstəlik simptomlar ortaya çıxdıqdan sonra demək olar ki, həmişə ölümə səbəb olur. Dünyada indiyədək yalnız 50-dən az insan sağ qalıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu