Rusiyada hərbi nəqliyyat təyyarəsi qəzaya uğradı


Rusiyanın İvanovo bölgəsində “An-22” tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğradığı bildirilib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, İvanovo bölgəsində "An-22" tipli hərbi nəqliyyat təyyarəsi təmirdən sonra sınaq uçuşu zamanı yaşayış olmayan əraziyə düşüb.

Açıqlamada hadisə yerinə axtarış-xilasetmə qruplarının göndərildiyi, təyyarədəki heyətin taleyinin hələlik naməlum olduğu qeyd olunub.

Təyyarənin qəzaya uğrama səbəbinin araşdırılacağı bildirilib.

Rusiya KİV-lərində təyyarədə 7 nəfərin olduğu barədə məlumatlar yer alır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu