NASA Maven ilə əlaqəni itirib


ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Mars orbitində təxminən 10 ildir atmosferlə bağlı tədqiqatlar aparan Maven kosmik aparatı ilə əlaqənin kəsildiyini açıqlayıb.

NASA-nın məlumatına görə, həftəsonu etibarilə yerüstü stansiyalara məlumat ötürməni birdən-birə dayandıran Maven Marsın arxasına keçməzdən əvvəl normal şəkildə fəaliyyət göstərirdi.

Qırmızı Planetin arxasından yenidən görünməyə başladığı zaman isə Maven-dən heç bir siqnal qəbul edilməyib.

Açıqlamada həmçinin qeyd olunub ki, aparatla rabitə kəsintisinin səbəbləri araşdırılır.

2013-cü ildə buraxılan Maven 2014-cü ildə Marsa çataraq planetin yuxarı atmosferini və onun Günəş küləkləri ilə qarşılıqlı təsirini öyrənməyə başlamışdı.

Elmi missiyasına əlavə olaraq Maven NASA-nın Marsdakı iki kəşfiyyat aparatı, Curiosity və Perseverance üçün də məlumat ötürən rabitə peyki kimi fəaliyyət göstərirdi.

Alimlər bildirir ki, Mars milyardlarla il ərzində atmosferinin böyük hissəsini Günəş mənşəli təsirlər səbəbindən itirib və bu proses planetin isti və rütubətli bir mühitdən soyuq və quru bir dünyaya çevrilməsinə gətirib çıxarıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu