Tailand: Atəşkəs təhlükəsizlik qiymətləndirməsindən asılı olacaq


Tailand və Kamboca sərhədində atəşkəsin tətbiqi dövlət təhlükəsizliyinə cavabdeh qüvvələrin vəziyyəti qiymətləndirməsindən sonra nəzərdən keçirilməlidir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tailand Silahlı Qüvvələrinin sərhəd vəziyyətini işıqlandıran birgə mətbuat mərkəzi məlumat yayıb.

Mətbuat mərkəzinin rəhbəri Prapat Sonçaydi bildirib: “2025-ci il dekabrın 13-də Kamboca tərəfinin Tailandın mülki bölgəsinə hücumu, ölkənin sülhə sadiqliyi və irəliləyişə hazır olmamasının bariz sübutudur. Atəşkəs məsələsi əsasən yerli təhlükəsizlik qüvvələrinin qiymətləndirməsinə əsaslanmalıdır”.

Onun sözlərinə görə, Tailand davamlı təhlükədən mülki əhali və hərbçilərini qorumaq məcburiyyətindədir: "Atəşkəs çağırışları bu fakt nəzərə alınmaqla edilməlidir. Tailandın addımları BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində qanuni özünümüdafiə hüququna uyğundur. Milli təhlükəsizlik və suverenliyi qorumaq qərarları yalnız yerli faktlara əsaslanmalı, qarşı tərəfin tək tərəfli bəyanatlarına deyil. Tailand konflikti istəmir və zorakılığı təşviq etməyib, amma vətəndaşlarının həyatını təhlükəyə atmağa icazə verməyəcək”.

Qeyd edək ki, iki ölkə arasında silahlı qarşıdurma 7 dekabrda başlayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu