Şri-Lankada tropik fırtına nəticəsində ölənlərin sayı 643-ə çatıb
Son həftələrdə Şri-Lankada “Ditva” siklonu səbəbindən ən azı 643 nəfər həyatını itirib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərlə Mübarizə Mərkəzi məlumat yayıb.
Mərkəzin açıqlamasına görə, hələ 184 nəfər itkin düşmüş hesab olunur.
Güclü tropik siklon Şri-Lankada genişmiqyaslı daşqınlar və dağıntılar yaradıb. Adanın bütün 25 dairəsi təsirlənib və ümumilikdə 1 364 481 nəfər zərər görüb.
