İcra başçısının oğlu general-mayor oldu


Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

Sərəncama əsasən, Seymur Taleh oğlu Qaraşova general-mayor ali hərbi rütbəsi verilib.

Qaynarinfo-nun məlumatına görə, Seymur Qaraşov Fövqəladə Hallar Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisidir.

O, 2021-ci ilin noyabr ayından etibarən FHN-nin Cənub Regional Mərkəzinin rəis müavini, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini, həmçinin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.

Hazırda isə FHN-nin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsini icra edir.

Qeyd edək ki, Seymur Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu