Bu ailələrə 200 manat birdəfəlik maddi yardım veriləcək
Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik maddi yardımın verilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.
AFN.az xəbər verir ki, Sərəncama əsasən, 2025-ci il dekabrın 30-u tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sərəncamın icrası məqsədilə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun və Prezidentin 2024-cü il 27 dekabr tarixli Fərmanı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün 15 300 000 manat vəsait ayrılıb.
Tapşırıqlar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlər Kabineti və Maliyyə Nazirliyi sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.





