Oqtay Əsədovun qızı vəfat etdi


Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.

AFN.az xəbər verir ki, bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər məlumat veriblər.

Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.

Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu