"Qarabağ"ın rəqibləri müəyyənləşdi


"Qarabağ"ın qış təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

Hazırlıq prosesinin ikinci mərhələsinə Türkiyənin Antalya şəhərində start verəcək "köhlən atlar" ilk olaraq yoxlama oyununda yanvarın 12-də Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə üz-üzə gələcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti sınağı Polşanın "Zaqlebie Lubin" kollektivinə qarşı olacaq.

Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 18:00 və 19:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın "Ayntraxt" klubu ilə qarşılaşacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu