Mərakeşdə 773 min il əvvələ aid insan fosilləri tapıldı


Mərakeşin Kasablanka şəhərinin ətrafındakı bir mağarada təxminən 773 min il əvvələ aid insan fosilləri tapılıb.

Mərakeş mədəniyyət nazirliyindən verilən açıqlamada Kasablankada tapılan insan fosillərinin insan təkamülündə kritik bir dövr haqqında bənzərsiz məlumatlar təqdim etdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, Kasablanka yaxınlığındakı Thomas 1 daş karxanasındakı mağarada kəşf edilən insan əcdadlarına aid qalıntılar arasında bir neçə böyüyə və uşağa aid çənə sümükləri, diş qalıntıları və kəllə sümüyünün hissələri yer alıb.

Nazirliyin açıqlamasında vurğulanıb ki, detallı analizlər sayəsində təxminən 773 min il əvvələ aid edilə bilən bu tapıntılar Mərakeşin və Şimali Afrikanın insanlıq tarixinin dərin köklərini anlamaq baxımından mövqeyini gücləndirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu