Almaniya ABŞ-dan Qrenlandiyada BMT prinsiplərinə riayət tələb etdi
Almaniya Xarici İşlər Naziri Yohann Vadepul ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya dair açıqlamalarına cavab olaraq ABŞ-a Birləşmiş Millətlər Təşkilatı (BMT) prinsiplərinə riayət etməsi çağırışını edib.
Hindistan ilə Veymar Üçbucağı ölkələri – Polşa, Almaniya və Fransanın xarici işlər nazirləri Fransanın paytaxtı Parisdə görüşüblər.
Nazirlər görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
Almaniya Xarici İşlər Naziri Vadepul vurğulayıb ki, Qrenlandiyanın taleyi Qrenlandiyalılar və adanın suverenliyinə cavabdeh Danimarka tərəfindən müəyyənləşdirilməlidir. Vadepul qeyd edib ki, ABŞ BMT Nizamnaməsində yazılmış suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əməl etməlidir.
Vadepul bölgədəki təhlükəsizliklə bağlı bütün məsələlərin NATO çərçivəsində müzakirə olunmalı olduğunu bildirib və NATO daxilində bu mövzunu açıq müzakirəyə hazır olduqlarını qeyd edib.
Jurnalistlərin “ABŞ-ın Qrenlandiyaya hərbi müdaxiləsinin NATO-nun sonu anlamına gəlib-gəlməyəcəyi” sualına isə Vadepul “Ən sıx şəkildə bir-birimizə dəstək olacağımızdan və bu ittifaqın hər zaman olduğu kimi qalacağından ən kiçik bir şübhəm yoxdur” deyə cavab verib.


