Trampla Maçado yaxın günlərdə görüşə bilərlər


ABŞ Prezidenti Donald Tramp bildirib ki, 13 və ya 14 yanvarda Venesuela parlamentinin sabiq müxalif deputatı Maria Korina Maçadonu qəbul edəcək.

AFN.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlama verib.

O qeyd edib: “Bilmirəm, eşitdiyimə görə, görüş çərşənbə axşamı və ya çərşənbə günü baş tuta bilər”.

Qeyd olunur ki, Maçado 2025-ci ildə Venesuelanı tərk edərək Osloya gedib. Dekabr ayında ona təqdim olunmuş Nobel Sülh Mükafatını şəxsən almaq istəsə də, mərasimdə iştirak edə bilməyib və mükafatı qızı qəbul edib. Hazırkı yeri barədə dəqiq məlumat yoxdur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu