Tramp Nobel Sülh Mükafatı almaq arzusundadır
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə görə Nobel Sülh Mükafatını qazanmaq arzusunda ola bilər.
Bu fikri britaniyalı siyasətçi lord Maykl Eşkroft deyib.
“Tramp bu vəzifədən daha çox şəxsi səbəblərə görə həzz ala bilər. Bəlkə o, beyninin dərinliyində belə bir razılaşmanın ona Nobel Sülh Mükafatı gətirəcəyini düşünür" deyə siyasətçi bildirib.
Eyni zamanda, Eşkroft qeyd edib ki, Ukraynada sülhün bərqərar olması vəzifəsi Tramp üçün onun təsəvvür etdiyindən də çətinləşə bilər. Onun sözlərinə görə, Ukrayna münaqişəsi olacağı təqdirdə hər iki tərəfi qane edəcək uzunmüddətli saziş lazımdır.