Danimarkada ABŞ məhsullarına boykot pik həddə çatıb


ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı nəzarət altına alma tələbləri və ardınca səsləndirdiyi gömrük rüsumu təhdidləri Danimarka və digər Skandinaviya ölkələrində geniş etiraz dalğasına səbəb olub.

Bu etirazın konkret göstəricilərindən biri kimi, Amerika mənşəli məhsulları müəyyənləşdirmək və boykot etmək məqsədi daşıyan “NonUSA” (UdenUSA) adlı mobil tətbiq Danimarkadakı tətbiq mağazalarında birinci yerə yüksəlib.

“Gündəlik həyatda Amerika məhsullarını tanımağınıza və onlardan uzaq durmağınıza kömək edir” şüarı ilə təqdim olunan NonUSA tətbiqi istifadəçilərə məhsulların barkodunu skan etməklə onların istehsal olunduğu ölkə və sahibliyi barədə məlumat əldə etməyə imkan verir.

Tətbiq eyni zamanda ABŞ mənşəli məhsullara Danimarkanın yerli bazarından alternativlər də təklif edir.

Məlumatlara görə, yanvarın 9-da siyahılarda 441-ci yerdə olan tətbiq gərginliyin artması fonunda sürətlə yüksələrək ChatGPT kimi populyar tətbiqləri geridə qoyub. Oxşar funksiyaya malik “Made O’Meter” adlı tətbiq isə Danimarka, Norveç, İsveç və İslandiyada ən çox yüklənən ilk 10 tətbiq sırasına daxil olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu