İranda etirazlarda ölənlərin sayı 5 mini keçdi


İranda iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayı 5 min 2-yə çatıb.

Bu barədə İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) xəbər verib.

HRANA-nın məlumatına görə, ölkənin bir çox bölgəsində baş verən hadisələr nəticəsində 26 min 752 nəfər saxlanılıb. Etirazlarda baş verən toqquşmalarda 207 təhlükəsizlik əməkdaşı da daxil olmaqla 5 min 2 nəfər həyatını itirib.

Qeyd edək ki, HRANA dünən yayımladığı xəbərdə ölənlərin sayının 4 min 902 olduğunu bildirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu