Aleks Prettinin ölümünə səbəb olan iki ICE agentinin kimliyi məlum olub
ABŞ-ın Minnesota ştatında Aleks Prettinin ölümü ilə nəticələnən hadisədə iştirak edən iki İmmiqrasiya və Gömrük Mühafizə (ICE) əməkdaşının kimliyi müəyyən edilərək ictimaiyyətə açıqlanıb.
"ProPublica" adlı müstəqil araşdırmaçı jurnalistika təşkilatı Aleks Prettinin ölümünə yol açan iki ICE əməkdaşının kimliyini müəyyənləşdirib.
Rəsmi qeydlərə əsasən, həmin şəxslərin sərhəd patrul agenti Xesus Oçoa və gömrük və sərhəd mühafizə zabiti Raymundo Qutierrez olduğu təsbit edilib. Məlumata görə, 43 yaşlı Oçoa və 35 yaşlı Qutierrez 2025-ci ilin dekabrında başladılan və şəhər boyu həyata keçirilən "Operation Metro Surge" adlı miqrasiya yoxlama əməliyyatı çərçivəsində ezam olunublar.
Qeyd olunub ki, Oçoa 2018-ci ildə, Qutierrez isə 2014-cü ildə xidmətə başlayıb. Onların hər ikisinin yüksək riskli əməliyyatlar həyata keçirən xüsusi bölmədə vəzifə icra etdikləri bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

