Tramp "Super Bowl" şousunu tənqid etdi: Bərbaddır



ABŞ Prezidenti Donald Tramp Amerika Futbol Liqasının (NFL) çempionluq mübarizəsi olan "Super Bowl" oyununun fasiləsindəki şounun Amerika dəyərlərini əks etdirmədiyini qeyd edərək "Super Bowl fasilə şousu qətiyyən bərbaddır, indiyə qədərkilərin ən pislərindən biridir",— ifadəsini işlədib.

ABŞ Prezidenti Tramp "Truth Social" hesabından etdiyi açıqlamada NFL rəhbərlərini və təşkilatçıları hədəf alıb. ABŞ-ın ən çox izlənilən və ən böyük idman hadisəsi olan, bu il isə 60-cısı keçirilən "Super Bowl" oyununun fasilə şousunu bəyənmədiyini bildirən Tramp, sərt tənqidlərlə çıxış edib.

Sözügedən nümayiş üçün "Amerikanın böyüklüyünə təhqir xarakteri daşıyır" şərhini verən Tramp, şounun ABŞ-ın milli dəyərlərini əks etdirmədiyini iddia edib. O, çıxışın estetik və məzmun baxımından uğursuz olduğunu müdafiə edib.

Puerto-Rikolu repçi Bed Banninin oxuduğu mahnıları heç kimin anlamadığını bildirən ABŞ Prezidenti Tramp bildirib: "Rəqslər iyrənc idi, xüsusilə də ABŞ-dan və dünyanın hər yerindən izləyən azyaşlı uşaqlar üçün. Bu şou hər gün yeni rekordlar qıran ölkəmizə şillə vurmaqdan başqa bir şey deyil".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu