Putin niyə messencerlərdən istifadə etmir?
Rusiya Prezidenti Vladimir Putin gündəlik ünsiyyət üçün ümumi istifadə olunan messencerlərdən istifadə etmir.
AFN.az xəbər verir ki, bu barədə ölkə başçısının mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində bildirib. Peskovun sözlərinə görə, dövlət başçısı yalnız xüsusi rabitə vasitələrindən istifadə edir: "Prezident messencerlərdən istifadə etmir. Yalnız xüsusi rabitə. Çünki o, dövlət başçısıdır".
Peskov daha əvvəl 2025-ci ilin sentyabrında da qeyd etmişdi ki, Putinin sosial şəbəkələrdə şəxsi səhifələrinin olması onun tərzinə uyğun deyil. Prezident özü isə bu vəziyyəti vaxt darlığı ilə izah edir: "Mənim ağır iş günüm o qədər gec bitir ki, artıq İnstaqram haqqında düşünmürəm. Yalnız tez bir zamanda yatağıma çatmağı düşünürəm".
O, həmçinin sosial şəbəkələrin idarə olunmasını başqasına həvalə etmək istəmir, çünki bu halda səhifələrin səmimi olmayacağını və maraqsız görünəcəyini hesab edir.

