Fransada dəhşətli cinayət: 89 uşağı zorlayan pedaqoq həbs edildi



Fransada 55 il ərzində təxminən 10 fərqli ölkədə 89 uşağa qarşı cinsi zorakılıq törətməkdə ittiham olunan 79 yaşlı pedaqoq həbs olunub.

Milli mətbuatda yer alan xəbərlərə görə, Fransanın İzer vilayətində yaşayan Jak Lövöql 1967-2022-ci illər ərzində Fransa da daxil olmaqla, müəllim kimi fəaliyyət göstərdiyi 10-a yaxın ölkədə yaşları 13-17 arası dəyişən 89 uşağa qarşı cinsi istismar törətməkdə təqsirləndirilir.

Qrenobl Prokurorluğu 79 yaşlı şübhəlinin həbs edildiyini açıqlayaraq, bu şəxs haqqında məlumatı olan və ya onun törətdiyi cinayətlərdən zərər çəkən şəxsləri şahidlik etməyə çağırıb.

Prokurorluq bildirib ki, şübhəli şəxs barəsində araşdırmalar 2023-cü ildə ona məxsus və içində həssas məzmunlu materiallar olan USB yaddaş qurğusunun bir yaxını tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilməsindən sonra başlanıb. Yaddaş qurğusunda şübhəlinin 10-a yaxın ölkədə müxtəlif yaş qruplarından olan 89 uşağa qarşı törətdiyi cinsi zorakılıq hərəkətlərinin qeydləri aşkar edilib.

Prokurorluq qeyd edib ki, videolarda uşaqların real adlarından istifadə olunmadığı üçün onların şəxsiyyətini müəyyənləşdirmək çətindir. Bu günə qədər qeydlərdəki uşaqlardan yalnız 40-nın kimliyi müəyyən edilə bilib. Zərərçəkmiş uşaqların böyük əksəriyyəti Fransada olsa da, qurbanlar arasında Mərakeş, Niger, Almaniya, Əlcəzair, Hindistan və Kolumbiyadan olan uşaqlar da var.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu