Fransız siyasətçi Makronu dövlətə xəyanətdə ittiham edir



Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo ölkə prezidenti Emmanuel Makronu Almaniya ilə birgə həyata keçirilən yeni nəsil Avropa qırıcısı layihəsini (Future Combat Air System - FCAS) dəstəklədiyi üçün dövlətə xəyanətdə ittiham edib.

AFN.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasətçi özünün "X" hesabında paylaşım edib. Filippo bildirib ki, Makron vəzifə borcu olaraq milli maraqları qorumalı olduğu halda, Fransanın döyüş aviasiyası sahəsindəki texnoloji potensialını Almaniyaya güzəştə getməsi üçün əlindən gələni edir: "Bütün bu proseslər dövlətin zirvəsində hökm sürən fanatik avropaçılıq səbəbindən yaranmış dövlətə xəyanət ab-havasından xəbər verir!"

Qeyd edək ki, fevralın 10-da Emmanuel Makron yeni Avropa qırıcısının yaradılması layihəsinin iflasa uğraması barədə məlumatları təkzib edib. O, layihənin bağlanacağı ilə bağlı şayiələrin fonunda Almaniya kansleri Fridrix Mers ilə FCAS-ın gələcəyini müzakirə etməyi planlaşdırdığını bildirib.

Lakin fevralın 11-də layihəyə rəhbərlik edən "Dassault Aviation" korporasiyası təyyarənin konsepsiyası ilə bağlı "Airbus" şirkəti ilə yaranmış fikir ayrılıqları səbəbindən FCAS layihəsini dondurub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu