Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin görüşü Mayamidə keçirilə bilər


Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin gələn həftə baş tutacaq növbəti görüşü Amerikanın Mayami şəhərində və ya BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilə bilər.

AFN.az xəbər verir ki, bu barədə "Politico" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Amerikalı rəsmilərin qiymətləndirmələrinə görə, tərəflər bu görüşdə Ukraynadakı münaqişənin nizamlanması məsələlərində irəliləyiş əldə edə bilərlər.

Nəşr qeyd edir ki, Əbu-Dabidə keçirilən əvvəlki danışıqlar raundunda tərəflər çıxılmaz vəziyyətdən qurtula bilməsələr də, adının açıqlanmasını istəməyən avropalı rəsmi tərəflərin "atəşkəs rejimi"nin necə müəyyən edilməsi və hərbi əməliyyatlar dayandıqdan sonra demilitarizasiya olunmuş zonanın necə görünəcəyi barədə ümumi razılığa gəldiyini bildirib. Lakin Ukraynanın sərhədləri və Qərb qoşunlarının Ukrayna ərazisində mümkün iştirakı kimi iki əsas mübahisəli məsələ hələ də həll olunmamış qalır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov gələn həftə ABŞ və Ukrayna ilə yeni danışıqlar raundunun keçirilməsi barədə razılığın əldə olunduğunu təsdiqləyib. Bundan əvvəl Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov TASS-a müsahibəsində Əbu-Dabi meydançasının bütün nöqteyi-nəzərdən optimal olduğunu bildirsə də, Ukrayna mediasında növbəti raundun fevralın 17 və ya 18-də ABŞ-da keçirilə biləcəyi barədə məlumatlar yayılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu