Rusiyadan Navalnının ölümü ilə bağlı iddialara cavab



Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə bağlı irəli sürülən yeni iddialara sərt münasibət bildirib. Navalnının həbsxanada ölümcül toksinlə zəhərlənərək öldürülməsi iddiası ilə bağlı o, bu fikirlərin "Qərbin öz həyati problemlərindən diqqəti yayındırmağa yönəlmiş uydurması" olduğunu deyib.

Rusiya XİN sözçüsü Mariya Zaxarova İngiltərə, İsveç, Fransa, Almaniya və Niderlandın Aleksey Navalnının Cənubi Amerikadakı zəhərli ox qurbağalarında rast gəlinən (epibatidin) toksinlə zəhərlənərək öldüyü barədəki birgə iddialarını qiymətləndirib.

Zaxarova 2024-cü ilin fevralında cəzaçəkmə müəssisəsində vəfat edən Navalnı haqqında Qərb ölkələrinin verdiyi birgə bəyanata reaksiya göstərərək, "Bütün bu bəyanat və müzakirələr Qərbin öz daxili, həyati problemlərindən diqqəti yayındırmaq üçün ortaya atdığı uydurmalardır" deyib.

Zaxarova xüsusi vurğulayıb ki, Navalnının analiz nəticələrini rəsmi şəkildə təqdim etmələri tələb olunduqda, onlar Sergey Skripal haqqında sensasiyalı hekayələr uydurdular. Skripalın və qızının harada olduğu soruşulduqda da eyni yanaşmanı sərgiləmişdilər.

Məlumat üçün qeyd edək ki, Aleksey Navalnı 2024-cü ilin fevral ayında Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində yerləşən "Qütb qurdu" adı ilə tanınan 3 nömrəli xüsusi rejimli cəzaçəkmə müəssisəsində qəfil vəfat edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu