Kallas: Aİ ölkələri Ukraynanın birliyə qəbulu üçün tarix müəyyən etməyə hazır deyil


Çin 2026-cı il fevralın 17-dən etibarən Kanada və Böyük Britaniyanın adi pasport sahibləri üçün vizasız rejim tətbiq edir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin bəyanatına əsasən, həmin ölkələrin vətəndaşları biznes, turizm, qohum və dostlara baş çəkmə, mübadilə proqramları, həmçinin tranzit məqsədilə Çinə 30 günədək müddətə vizasız daxil ola biləcəklər.

Bu siyasət 2026-cı il dekabrın 31-dək sınaq rejimində qüvvədə olacaq. Çin XİN qeyd edib ki, bu qərar vətəndaşlar arasında gediş-gəlişi daha da sadələşdirmək məqsədi daşıyır və Kanada ilə Böyük Britaniya liderlərinin Çinə səfərləri zamanı əldə olunmuş razılaşmaların tərkib hissəsidir.

Eyni zamanda, Britaniya paytaxtının yeddi məktəbində və bir uşaq bağçasında 60-dan çox ehtimal olunan qızılcaya yoluxma halı aşkar edilib. "The Sunday Times" qəzetinin məlumatına görə, xəstəliyin alovlanması Londonun şimalındakı Enfild rayonunda qeydə alınıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu